Cəmiyyət

Şəkidəki Kiş Alban məbədinin tarixi

17 Aprel 2014 20:03
1 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan tolerant bir ölkədir. Burada bütün dinlərdən olan insan azad şəkildə ibadətlərini edə bilirlər. Hətta bunun üçün şərait də yaradılır. Ümimiyyətlə isə müəyyən dövrlərdə Azərbaycanda müxtəlif dinlər mövcud olub. Atəşpərəstlik, xristianlıq və nəhayət, müsəlmanlıq. Uzun illər Rusiyanın əsarətində yaşamağımız isə tariximizdə sağalması vaxt aparan yaralar açıb. Şəkidəki Kiş Alban məbədinin tarixi kimi.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yalnız 1999-2000-ci illərdə aparılan araşdırmalardan sonra məlum olub ki, əslində Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsi kimi qələmə verilən Şəkinin Kiş kəndindəki Kiş Alban məbədinin tarixi daha qədimlərə gedib çıxır. Hətta elə indi də bəzilərinin "Müqəddəs Yelisey kilsəsi" adlandırdığı abidəyə qoşulan rəvayətlərsə tarixin yalnız saxtalaşdırılması məqsədini daşıyıb. Üzə çıxan faktlar məbədin I əsrdə Yelisey tərəfindən əsası qoyulması kimi məlumatların tariximiz üzərinə yazılan saxta tarix olduğunu göstərdi. Qazıntılar zamanı aşkarlanan tapıntılar sübut etdi ki, əslində kilsə adlandırılan bu yer özündən əvvəl antik dövrdə eradan əvvəl 3-1-ci əsrlərdə mövcud olmuş atəşpərəst məbədi olub. Kilsə məbədin bünövrəsi üstündə ucaldılıb. Bizim eranın 5-ci əsrində isə üstündə qüllə tikilərək indiki formaya salınıb.
 

Eyni zamanda məbədin hücrə hissəsində tapılan e. ə. IV miniliyin sonu - III minilliyin əvvəlinə aid olan keçi kultu ilə bağlı aşkarlanan müqqədəs qəbir də bir daha göstərdi ki, bu, məbədin bünövrəsidir. Bu məbəd ilk əkinçi maldar tayfalarının e. ə. IV minilliyin sonlarından ziyarət etdiyi müqəddəs yer olub. Bu cür məbədlər əslində Şəkinin Orta Zəyzid, Baş Küngüt kəndlərində də var. Kiş alban məbədi ilə eyni aqibəti yaşayan digər tarixi abidə isə Şəkinin Yuxarıbaş Tarixi Memarlıq qoruğu ərazisindəkli "Dairəvi məbəd"dir. Bu məbədin ilkin görkəmi dairəvi planlı olsa da, 1853-cü ilə qədər ona 3 tərəfdən əlavələr edilib və xaç formasına salınıb. Bu gün Azərbaycan müstəqil bir ölkədir. Ancaq hələ də rusların özününküləşdirmə siyasətinin acı nəticələrini təmizləməyə çalışır. Nə olur olsun, gec, ya tez gerçəklər üzə çıxır. Günəşi palçıqla suvamaq olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.