Cəmiyyət

Bakı Metropolitenində yeni təyinat - FOTO

17 Aprel 2014 17:54
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib

Milli.Az xəbər verir ki, aznews.az-ın əldə etdiyi məlumata görə, QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub.

N.Paşayev ali təhsilini Türkiyədə alıb. 2000-ci ildən bəri "Bakıelektrikşəbəkə" ASC Mətbuat Xidmətində çalışıb.

Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qurumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin. Qurumun nizamnaməsi və strukturu təsdiqlənmədiyinə görə, Metropolitenində aparılan kadr islahatları barədə məlumatlar gizli saxlanılır.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.