Cəmiyyət

Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"

17 Aprel 2014 16:28
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yenicə yaradılmış gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev aprelin 17-də "Media forum" saytının suallarını cavablandırıb.

- Sektora müdir təyin olunmamışdan əvvəl gənclərlə iş təcrübəniz var idimi?

- 1999-cu ildən ictimai sektorda çalışıram. Öncə Maarifçi Gənclər Təşkilatının sədr müavini olmuşam. 2000-ci ildə isə Bakıda bir qrup hüquqşünas tələbə ilə birlikdə Gənclər üçün Təhsil Mərkəzi yaratdıq. Həmin təşkilat hazırda da ölkənin ən fəal 10 qurumdan biridir. 2008-ci ilə qədər həmin təşkilata rəhbərlik etmişəm, çox proqram və layihələrin icrasını həyata keçirmişəm. Rəhbərlik etdiyim vaxtlarda Gənclər üçün Təhsil Mərkəzi 5 beynəlxalq quruma üzv olub.

2008-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarananda məni ora hüquqşünas kimi dəvət etdilər. Şurada QHT-lər, xüsusilə də gənclər təşkilatları ilə birgə işlədim. 15 ilə yaxındır QHT-lər və gənclər təşkilatları ilə əməkdaşlıq edirəm.

- Sektor müdiri kimi nə planlarınız var?

- Cənab prezident İlham Əliyevin sərəncamı ilə sektor bir neçə gündür yaranıb. Bizim qarşımızda gənclər təşkilatları ilə sıx təmas qurmaq, dövlət qurumları, xüsusilə də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə birgə gənclərin problemləri və təkliflərini öyrənmək vəzifəsi qoyulub. Bu iş cənab prezidentin müəyyən etdiyi gənclər siyasətinə uyğun olaraq aparılacaq.

Sektor yeni yarandığı üçün hazırda heyət formalaşdırılır. Artıq müəyyən tədbirlər planı hazırlamağa başlamışıq. Həmin plan təsdiqlənmək üçün rəhbərliyə təqdim olunacaq.

- Sektorda neçə nəfər çalışacaq?

- Hələlik sektor 4 nəfərdən ibarətdir. Amma gənclər təşkilatları ilə iş sahəsində təcrübəsi olan şəxslərdən ibarət heyətin formalaşdırılması davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.