Cəmiyyət

Ricət nədir?

17 Aprel 2014 20:15
0 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ricət nədir və ricətə inanmayan şiə sayılırmı?

Milli.Az İslam.az-a istinadən bildirir ki, ricət əsasən səfəri məzhəbinə aid olan bir məsələdir. Ərəb dilindən tərcümədə "qayıdış" demək­dir. Bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıda­caqlar. Müqəddəslər vaxtilə öz düşmənlərin­dən çəkdikləri zülm və əziyyətlərin intiqa­mını onlardan alacaqlar. Məsələn, İmam Hü­seynlə (ə) Yezid və onun əlaltıları ricət hadisəsinin əsas fiqurlarından sayılır.

Həzrət Hüseyn (ə) öz qatillərini məhv edəcək. Buna görə də ricət - qiyamətdən əvvəl ilahi əda­lətin kiçik miqyasda təntənəsi kimi qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir. Məsələn, Nəml, 83 və s.

Ricət barədə hədislər cəfəri məzhəbində o qədər çoxdur ki, bəzi alimlər (məsələn, Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza, Əllamə Təbrisi, Hürr Amuli, Əllamə Məclisi, Əllamə Təbatəbai və b.) bu məsələdə bütün şiə üləmasının icma etdiyini əldə əsas tutaraq, ricəti şiə məzhəbinin əqıdə əsaslarından biri kimi təqdim etmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.