Cəmiyyət

Qız zina nəticəsində bakirəliyini itiribsə...

17 Aprel 2014 22:13
4 Şərh     Baxış: 3 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qız zina nəticəsində bakirəliyini itiribsə, ərə gedərkən ərinə bu barədə məlumat verməlidirmi? Bunu gizlətməyə icazə varmı?

Milli.Az İslam.az-a istinadən bildirir ki, İslamda ən mühüm məsələlərdən biri haqqün-nasa, yəni bəndə haqqına riayət etməkdir. Heç kimə icazə verilmir ki, başqasının haqqını tapdalasın. Öz gələcək həyat yoldaşının bakirə olub-olmadığını bilmək, onun keçmişindən xəbərdar olmaq da kişinin haqqıdır. Bunu vaxtında xəbər verməmək gələcəkdə faciəvi halların yaranmasına səbəb ola bilər.

Məsələyə şəriət baxımından yanaşsaq, əksər müctəhidlər (Ayətullah Sistani, Məkarim Şirazi, mərhum Ayətullah Lənkərani, Behcət) fətva vermişlər ki, əgər kəbin kəsilərkən kişi qızın bakirə olmasını şərt qoysa və sonradan qızın bakirə olmadığı məlum olsa, kişi kəbini poza bilər. Hətta mərhum Lənkəranin fətvasına görə, əgər kişi bu barədə qəti şərt qoymasa belə, amma adət-ənənə baxımından o yerdə ərə gedən qızın bakirə olması vacib sayılırsa, bu halda da kişinin kəbini pozmaq ixtiyarı var. Amma əgər kişi kəbində bakirə olmağı şərt qoymasa, sonradan bunu bilsə, müctəhidlər qadının mehriyyəsini azaltmağı və bakirə ilə qeyri-bakirənin fərqini mehriyyədə nəzərə almağı icazəli bilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.