Cəmiyyət

Fərid Mansurov: "Anama söz vermişəm. Böyük idmana qayıtmayacam" - MÜSAHİBƏ - FOTO

17 Aprel 2014 13:30
0 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının Lady Day.Az layihəsinin budəfəki qonağı Olimpiya çempionu Fərid Mansurovdur. Milli.Az Fərid Mansurovun müsahibəsini ixtisarla təqdim edir.

- Peşəkar vərdişləriniz həyatda və məişətdə sizə yardımçı olurmu?

- İdman özünü tanımaq, özünü ifadə etmək üçün vasitədir. Peşəkar vərdişlər insanı fotmalaşdırır, ümumilikdə onun həyat tərzini müəyyənləşdirir. İdman xarakteri bərkidir. Hərdən düşünürəm ki, idmanda vacib olan sərt intizama riayət etməsəydim, öz işimə qarşı belə ciddi və məsuliyyətli olmasaydım, mənim üçün əhəmiyyətli olan yüksəkliklərə nail ola bilməzdim. Bütün bu keyfiyyətlər mənim ayrılmaz hissəmə çevrilib. Mən yaşayır və işləyirəm. Əldə etdiyim keyfiyyətlər həm dostlarla, həm ailəm ilə, həm də işdə həmkarlarımla ünsiyyətdə mənə yardımçı olur. Deyirlər ki, ordu həyat məktəbidir. Mən deyərdim ki, idman həyatın akademiyasıdır.

- Sizi qələbəyə nə ruhlandırır?

- İdman çox çətindir və bəzən ziddiyyətlidir. Şəxsiyyətin formalaşmağında onun təsiri birmənalı deyil. Bu səbəbdən də bəzi idmançılar bir tərəfi, digərləri isə başqa tərəfi qiymətləndirirlər. Öz üzərində işləmək fiziki və iradi təzyiqlər, ən yaxşı nəticə uğrunda mübarizə və s. fərqli idmançılar tərəfindən fərqli qiymətləndirilir.

- Sizin üçün uğur nədir? Uğur qazanmaq üçün nəyi etmək, nəyi etməmək lazımdır?
 
- Uğur tükənməz əmək, daima öz üzərində işləmək, düşünülmüş qərarlar, düzgün istiqamət və hər şeyin həddini bilməkdir. İnsan nə işlə məşğul olsa da, onun həyatını istiqamətləndirən şəxsi strategiyası olmalıdır. Zədələr ucbatından mən böyük idmandan uzaqlaşmışam.

Açığı deyim ki, məsələ heç də zədələrdə deyil. Bu gün də böyük idmana qayıda bilərəm. Sadəcə anama söz vermişəm. Onurğam, kəllə sümüyüm, qabırğalarım zədələnmişdi. Hər zaman narahatlıq, qorxu, göz yaşları və anamın inadı böyük idmandan getməkdən başqa yol buraxmadı mənə. Axı biz tək özümüz üçün yaşamırıq. Bizim doğma adamları üzməyə haqqımız yoxdur. Onurğam zdələndikdən sonra uzun müddət özümə gələ bilmədim. Çoxsaylı müalicələr heç bir nəticə vermirdi. Almaniyada əməliyyatdan bir neçə il sonra tədricən bərpa olundum. Zədəni 2004-cü ildə almışdım. İdmandan isə 2010-cu ildə uzaqlaşdım. Böyük idmana 1992-ci ildə gəlmişdim, 2010-cu ildə getdim. İdmanla keçən 18 il həyatımın ən yaxşı illəri olub.

Fərid Mansurovun müsahibəsinin tam mətnini bu keçiddən oxuya bilərsiniz.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.