Cəmiyyət

Zaqatalada canavar kəndə soxuldu, qoyunları boğazladı - YENİLƏNİB - VİDEO

17 Aprel 2014 15:39
0 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:28

Zaqatala rayonu ərazisində səhər saatlarında canavar hücumu faktı aşkarlanıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Zaqatala rayonunun şəhərə ən yaxın yaşayış məntəqəsi olan Aşağı Tala kəndində, canavar kənd sakini Həmzəyev Məhəmməd Tacəddin oğluna məxsus tövləyə soxularaq 5 baş qoyununu parçalayıb. Ev sahibləri isə hadisədən ancaq səhər tövləyə daxil olarkən xəbər tutublar. Hadisə yerinə gələn Rayon Baytarlıq İdarəsinin əməkdaşları dərhal tövlədə dezinfeksiya işləri aparıb. Ev sahibləri isə yaralı və ölü heyvanları basdırmaq üçün baytarlar tərəfindən təlimatlandırıb.

Milli.Az

----------
15:39

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.