Cəmiyyət

MPQ-nin internat evində apardığı yoxlamanın nəticəsi açıqlandı

17 Aprel 2014 13:23
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Preventiv Qrupunun (MPQ) üzvləri 7 saylı internat evinə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkilin yanında yaradılmış İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri 15 aprel 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən Əlil və fiziki qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı, Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansinin idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Adıçəkilən müəssisə 2010-cu ildə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərinə müvafiq tövsiyələr verilib.

Həmçinin bəzi təkliflərlə Ombudsman tərəfindən ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.