Mətbuat elə bir sahədir ki, ora yalnız qələmi və yazmaq istedadı olan kəslər daxil ola bilir. Amma bu istedada yazı yazmaq texnologiyalarını, incəliklərini əlavə edəndə həmin bacarıq ikiqat, üç qat artır. Odur ki, qələminin, savadı və istedadının gücü ilə vəzifə pillələrini qalxanların böyük hissəsi də məhz ali təhsilini qələmi ilə gücləndirənlər olur. Hətta mediaya sadə müxbir kimi gəlib nazirliklərə, dövlət idarələrinə mətbuat xidməti vəzifəsinə təyin olunanlar da az deyil. Modern.az da bu dəfə jurnalistikanı bitirib, mətbuatda külüng vura-vura pillələri qalxan mətbuat xidmətləri rəhbərlərindən yazmaq qərarına gəlib. Araşdırmamız nəticəsində məlum oldu ki, gündə bir neçə dəfə ünsiyyət qurduğumuz mətbuat xidmətləri arasında bu günə kimi oxumaqdan doymayan, biliyini birə-beş artırmaq istəyənlər də var.
Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva ixtisas sahibi kimi bizlər üçün əlçatan mətbuat xidməti rəhbərlərindəndir. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, uzun illər məhz bitirdiyi ixtisas üzrə tər töküb. 1978-ci ildən "Kirovabadın səsi" qəzetində korrektor kimi işə başlayıb, 1980-ci ildən Gəncədə "Peyk" sahə qəzetində müxbir kimi işə başlayıb, daha sonra qəzetin redaktoru olub. 1990-cı ildən "Respublika" qəzetində, 1992-ci ilin sentyabrından isə "Azərbaycan"da dərc olunmağa başlayıb. 1999-cu ildə Maliyyə Nazirliyində Analitik informasiya şöbəsində çalışıb. 2002-ci ilin mayından Hesablama Palatasının mətbuat xidmətinin rəhbəridir. Haqqında deyək ki, vəzifəsinin öhdəsindən heç də pis gəlmir. Nə zaman istəsən, hansı sualı versən anındaca cavab ala bilirsən. Həmişə onun barəsində danışanda bir hadisə yadıma düşür. Müəyyən səbəblərdən həmkarımın bir neçə günlük zənginə cavab vermədiyindən müxbir düz gecə saat 12-də onun şəxsi telefonuna zəng edir. İş vaxtının bitdiyinə və gecənin bir aləminə baxmayaraq xəttin o biri tərəfindən bütün sualı səbirlə dinləyəndən sonra "Xahiş edirəm səhər danışaq, olar?" - deyə cavab verilir.
Sonsuz səbri və heç vaxt jurnalistə kobud cavab verməməsi ilə özünə diqqət çəkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də jurnalistikanın yollarında külüng vura-vura mətbuat xidməti postuna qalxanlardandır. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Demək olar ki, özünü hər sahədə sınayan Anar Qədirlini qəzet, jurnal, sayt, televiziya jurnalisti də adlandırmaq olar. Mətbuata ilk imzasını tanıtdığı "Molodyoj Azerbaycana" qəzetində ştatdankənar müxbir həmkarım sonralar qələminin bəhrəsini görərək "Sport" qəzetində məsul katib müavini, "Azerinform"un Moskva redaksiyasının müxbiri, "Raşn petrolüm İnvestor "Amerikanın analitik jurnalının ştatdankənar bölgə müxbiri, "Xəbər-servis" informasiya agentliyinin baş redaktoru, 1993-1995-ci illərdə "Los-Anceles Tayms" qəzetinin ştatdankənar bölgə müxbiri kimi çalışıb. Bu qədər təcrübədən sonra ANS-in də məktəbini keçən Anar Qədirli 1993-1996-cı illərdə televiziyanın xəbərlər xidmətinin baş redaktoru, 1996-1997-ci illərdə "TREND" jurnalının baş redaktorunun 1-ci müavini, 1996-1997-ci illərdə "Rusiya neft bülleteni" analitik jurnalında ekspert, 1997-1998-də "Qruppa-Alyans" İnvestisiya şirkəti (Moskva) PR-kompaniya (məsləhətçi), 1997-1999-da "Kapital" jurnalında baş redaktor, 1999-2005-də "Proqnoz" Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi siyasi texnologiyalar üzrə direktor müavini işləyib. Nəhayət 2005-də Səhiyyə Nazirliyində mətbuat katibi təyin edilib. Mətbuatda onu tanıyan hər kəs deyə bilər ki, nazirliyə aid bütün suallara mayak kimi işıq salan Anar Qədirli onlara aid olmayan sualları belə, hansı idarədən soruşmaq məsləhətini əsirgəmir.
Bütün jurnalistlərin ağızdolusu razılıq etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. İlk iş yeri "Gəncənin səsi" qəzeti olub. Sonra qısa müddətə müxtəlif yerlərdə çalışan həmkarımız sonda nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bəlkə də mətbuat xidmətləri arasında onu sevməyən tapılmaz. Hər dəfə aparılan sorğularda daim birinci yerdə duran İradə İbrahimovdan bütün jurnalistlər yerlə göy qədər razıdır. Onu həmkarlarından fərqləndirən məlumatı dəqiqləşdirəndən sonra yenidən jurnalisti axtarmasıdır. Ona müraciət edənlərin hamısı arxayındır ki, İradə İbrahimova məlumatı dəqiqləşdirən kimi özü sualın ünvanlandığı redaksiyaya zəng edəcək. Odur ki, heç bir narahatlığa əsas yoxdur.
Güc strukturunda çalışsa da, onu da qələm əhlindən saymaq olar. Jurnalistika fakültəsi ilə yanaşı, Polis Akademiyasını bitirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla hər dəfə əlaqə saxlamaq mümkün olmasa da, onun şöbəsinin əməkdaşlarını da jurnalistlərin dostu adlandırmaq olar. Əvəllər AzTV-də çalışmış Sadiq müəllim uzun illərdir DİN-in mətbuat xidmətinə rəhbərlik edir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Dövlət Sosial Müdafiə Fondunun yeni mətbuat katibi Əmrah Fəqanoğlu az müddət keçməsinə baxmayaraq, bütün mətbuatı ələ ala bilib. Şirin dilli, jurnalistlərin hər sualını operativ cavablandırması Əmrah Fəqanoğlunu qısa müddətdə hörmət sahibi edib. "Avrasiya", "İki sahil" qəzetlərində müxbir, şöbə müdiri vəzifəsində çalışıb. Fonda mətbuat katibi gələnə qədər isə nə az, nə çox, düz 8 il ARDNŞ-nin Sosial İnkişaf İdarəsində mətbuata xidmətinin rəisi vəzifəsində çalışıb. Elə bu səbəbdən də qələm yükünün ağırlığını bilərək heç bir jurnalistin sualını cavabsız qoymur.
Jurnalist olaraq uşaqlıq arzusunu gerçəkləşdirən Diasporla İş üzrə Dövlət Komitəsinə mətbuat katibi Esmira Xəlilova bəzi həmkarlarından fərqli olaraq bu sahədə yenidir. Komitə ilə mətbuat arasında körpü olan xanım bu vaxta qədər ANS telekanalında çalışıb. Universiteti bitirən kimi o dövrün ən populyar qəzetlərindən birində - "Hürriyyət"də işə başlayıb. Komitə sözçüsü bir neçə ildən sonra "Lider" TV-də xəbərlər xidmətində çalışıb. Jurnalistik fəaliyyətinin böyük bir hissəsini televiziyaya bağlayan Esmira Xəlilova 5 il "Səda" informasiya proqramının bölgə müxbirləri üzrə redaktoru işləyib. 2005-dən 2010-cu ilədək isə ANS-in Xəbərlər xidmətində müxtəlif vəzifələrdə çalışıb. "Xəbərçi", "Salam, Azərbaycan" verilişinin aparıcı, redaktoru, şef-redaktoru olub. 2013-cü ildən isə Diasporla İş üzrə Dövlət Komitəsində İnformasiya təbliğat və analitik təhlil şöbəsində işləyir (qeyri-rəsmi olaraq - mətbuat katibi). Hətta işdən sonra belə, sosial şəbəkədə sualları cavablandıran Esmira Xəlilova jurnalistikanın kələ-kötür yollarını çoxdan hamarlasa da, mətbuat xidmətində yenidir. İnsafən işinin öhdəsindən heç də pis gəlmir. Gündə beş-altı dəfə Komitənin fəaliyyəti ilə bağlı məktub aldığım Esmira Xəlilovanın mətbuatda heç kim rəsmiyyətini görməyib. Elə onun səmimiyyətindən irəli gəlir ki, media əhli onunla Dövlət Komitəsinin rəsmisi kimi yox, sadəcə bir həmkar kimi danışır. Bəlkə də mətbuatda ondan çox küsüb, barışdığım, dalaşdığım mətbuat xidməti yoxdur.
Hər dəfəsində cavabları ilə könlümü almağı bacaran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli də Bakı Dövlət Universitetinin jurnalistikasını bitirənlərdəndir. O, uzun illər "İki sahil" qəzetində müxbir, daha sonra Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətinin rəhbəri işləyib. İndiki vəzifəsinə 2012-ci ildə təyin edilib.
Mətbuatla sıx-sıx əlaqə quranlardan biri də Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblıdır. O da jurnalistikanı bitirən mətbuat xidmətləri arasındadır. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. "Dilçilik nəzəriyyəsi" ixtisası üzrə aspiranturanı da bitirən həmkarımız jurnalist kimi də fəaliyyət göstərib. Qəzetdəki imzasını deyə bilmərəm amma hamı onu "Lider" televiziyasında tanıyıb. Mətbuat xidməti vəzifəsində isə hələ ki, beş yaşını qeyd edir. Amma onun ictimaiyyətlə münasibətlərini, operativliyini, həmkarlarına qarşı diqqətliliyini nəzərə alsaq, yəqin ki, bu posta hələ uzun müddət o rəhbərlik edəcək. Ümid edirik ki, standartları qoruya-qoruya yüksək vəzifələrə kimi qalxacaq.
Bilmirəm sona qalmağı təsadüfdür, ya yox, amma onun barəsində elə də ürəkaçan sözlər deyilmir. Çünki yeganə mətbuat xidmətidir ki, hələ heç bir jurnalist onunla canlı danışa bilməyib. "Space" telekanalında "Hər gün" informasiya proqramından sonra onun səsini eşidən, sözün əsl mənasında, cənnətlik olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bu vəzifəyə jurnalistikadan gəlsə də, deyəsən, haradan-hara getdiyini unudub. O, mətbuatdan qaçması, ən adi sualı belə, cavabsız qoyması ilə bütün jurnalistlərin antipatiyasını qazanıb. Bir sözlə, vəzifəsinin adı mətbuat xidmətinin rəhbəri olsa da, onun mətbuatla heç bir əlaqəsini görməmişik.
Milli.Az
Cəmiyyət
Jurnalisti axtaranlar və jurnalistdən qaçanlar - SİYAHI
16 Aprel 2014 19:41
1 Şərh
Baxış: 1 692
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB - FOTO
- "Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda dəhşət - FOTO
- Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
- Keçmiş deputat vəfat etdi - FOTO
XƏBƏR LENTİ
- Lalə dəyişib belə OLDU - FOTOlar
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
- Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır
- Başlıbel qətliamından 31 il ötür
- "Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama - FOTO
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
- Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
- "Bala Hatun"un sevgilisi "Kuruluş Osman"da - FOTO
- Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?
- Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
- Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
- CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
- KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- Hollivud ulduzu Putini vuracağını AÇIQLADI
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var