Cəmiyyət

İqtisad Universitetində bir neçə dekan işdən çıxarıldı

16 Aprel 2014 19:07
0 Şərh     Baxış: 2 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. ADİU-dan Trend-ə verilən məlumata görə, universitetin rektorunun imzaladığı əmrə əsasən, Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib. Beynəlxalq iqtisadi münasibətlər və Ümumi iqtisadiyyat fakültələrinin dekanları Müzəffər MəmmədovKamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad ediliblər.

Rektorun digər əmri ilə Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, Türk dünyası işlətmə fakültəsinin dekan müavini Asiman Quliyev isə Ümumi iqtisadiyyat fakültəsinin dekanı təyin olunub. Universitetin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.