Cəmiyyət

Fermerlərə kombaynlar paylanıldı

16 Aprel 2014 18:50
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə "Aqrolizinq" ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub. Tədbirdə sahibkarlara Almaniya istehsalı olan 50 ədəd "Klaas", Hollandiya istehsalı olan 87 ədəd "New Holland" və Belçika istehsalı olan 20 ədəd "Sampo" taxılbiçən kombaynları və onların texniki göstəriciləri təqdim olunub.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, nazir yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyini də vurğulayıb. Tədbirdə sahibkarlar hazırda otbağlayan texnikaya ehtiyaclarının olduğunu bildiriblər. Heydər Əsədov bununla əlaqədar lazımi tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğunu deyib. Sonda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.