Cəmiyyət

Atəş səsləri altında qurulan şəhər - VİDEO

16 Aprel 2014 18:37
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər tərəfindən açılan atəş səsləri altında Horadizdə quruculuq-abadlıq işləri davam edir. Şəhərdə tikinti - abadlıq işləri səngimir. Bir sıra sosial və inzibatı binalar inşa olunur. Milli.Az El TV-yə istinadən xəbər verir ki, tikintisi aparılan Tarix Diyarşünaslıq Muzeyinin binasında son tamamlama işləri görülür. Ərazidə Füzuli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasi da inşa olunur. Bildirək ki, Füzuli rayonu işğal altında olduğu üçün rayonun mərkəzi Horadiz şəhəri hesab edilir. Şəhərdə gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün boulinq zalının tikintisi yekunlaşıb.
Zalda müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.

Tikinti-quruculuq işlərinə 100 çarpayılıq uşaq bağçası da daxildir. Hazırda bağçada suvaq işləri görülür. Yaxın vaxtlarda 7 minə yaxın əhalisi olan Horadiz şəhərində toxuculuq fabriki də istifadəyə veriləcək. Horadiz şəhəri inzibati dairəsi üzrə nümayəndə Ramiz Behbudov bildirir ki, toxuculuq sexində 140 nəfər işləyəcək. Horadizdə, həmçinin 7 hektar sahəni əhatə edən möhtəşəm Bayraq Meydanı inşa edilir. Meydan şəhərdən 280 metr hündürlükdə yerləşir. Burada 7 minə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar əkilib.

Meydana qalxmaq üçün iki mərtəbəli pilləkənlər də quraşdırılıb. Horadiz şəhidləri və milli qəhrəmanlarının xatirə kompleksi, Veteranlar Evi də quruculuq işlərinə daxildir. Şəhərin küçələrində abadlıq işləri aparılır. Şəhərin Heydər parkında da abadlıq işləri gedir. 4 hektarlıq ərazidə genişlənmə işləri aparılır. Səkilərə yeni daş örtüyü salınır, müasir işıqlandırma sistemi quraşdırılıb. Ömrünün 40 ilini bu şəhərə bağlayan Tahir Əsədov günün yorğunluğunu məhz bu parkda çıxarır. Əvvəllər polis işləyən 61 yaşlı Tahir Əsədov deyir ki, 37 il 2 ay daxili işlər orqanlarında çalışıb. Hazırda təqaüdçü olan müsahibimiz yaxın dostları ilə bu parka tez-tez gəldiyini deyir. Çay süfrəsi arxasında keçmiş xatirələrindən danışırlar. Tahir Əsədov bildirir ki, cəbhə xəttində yaşasalar da, erməni işğalçılarının fasiləsiz olaraq atəşkəsi pozmasından qorxmurlar. Tahir Əsədov onu da deyir ki, onlar işğal altında olan torpaqlarımızın yaxın zamanlarda azad olunacağına inanırlar. Həmin yerlərdə də quruculuq-abadlıq işlərinin aparılacağı günü səbirsizliklə gözləyirlər.


Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.