Cəmiyyət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi rəhbərliyinin növbəti toplantısı Bakıda keçiriləcək

16 Aprel 2014 18:26
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI Beynəlxalq toplantısı və I Baş Assambleyası keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinləniləcək, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Emil Konstantinesku, Nazim İbrahimov, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Roza Otunbayeva, Petru Luçinsku iştirak edəcəklə.

Qeyd edək ki, 2012-ci il sentyabrın 30-da Gəncədə dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliği məqsədilə yaradılmış Mərkəzin nüfuzlu Madrid Klubu ilə əməkdaşlığı çərçivəsində 2013-cü ilin mayında I Cənubi Qafqaz Forumu keçirilib. Bu il aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumunun təşkili planlaşdırılıb.

Mərkəz Madrid Klubundan başqa, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Dünya Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq qurumlarla da əməkdaşlıq edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.