Cəmiyyət

Prezident Administrasiyasının yeni sektor müdiri kimdir? - Tərcümeyi-hal

16 Aprel 2014 15:49
Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, bu gün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna yeni müdir təyin olundu.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, yeni təyin olunan müdir Vüsal Quliyev 1982-ci ildə anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantıdır. İxtisasca hüquqşünasdır. 2008-ci ildən 2012-ci ilin noyabrınadək Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqşünası vəzifəsində işləyib. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində fəaliyyətini davam etdirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.