Cəmiyyət

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri "İki sahil"in qonağı olub - FOTO

16 Aprel 2014 15:27
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 16-da Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu "İki sahil" qəzeti redaksiyasının qonağı oldu.

Qonağı salamlayan "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişafından bəhs etdi. Bildirdi ki, bu əlaqələr digər sahələrlə yanaşı, mədəni-humanitar sahələrdə də uğurla inkişaf edir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, V.Rəhimzadə əlaqələrin inkişafında mətbuatın rolunu önə çəkərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən də danışdı. 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında səfərdə olduğunu xatırladan V.Rəhimzadə ilk səfərinin onda xoş təəssürat yaratdığını bildirdi. Səfər çərçivəsində bir çox universitetlərdə, qəzet redaksiyalarında olarkən yaradılan şəraitdən məmnun qaldığını vurğulayan baş redaktor həmin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin də çoxluq təşkil etməsini uğurlu addım kimi dəyərləndirdi.

V.Rəhimzadə qonağa rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verdi.

V.Rəhimzadə dövlətimizin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edərək bildirdi ki, bu ənənənin təməli müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycan dövləti daim çalışır ki, mətbuatın mövcud problemələri həll olunsun, müstəqil mətbuatımız daha da inkişaf etsin. Mətbuatın qarşısında duran vəzifələr kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətlidir. Bu vəzifələrin başlıca mahiyyəti ondan ibarətdir ki, bütövlükdə cəmiyyət ehtiyac duyduğu informasiyarlarla təmin edilir.

Səmimi münasibətdən razılığını ifadə edən Sadəttin Topukçu xoş münasibətdən bəhs etdi, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayaraq, əlaqələrin inkişafına dəstək olacağını, bu kimi görüşlərin davamlı olacağını bildirdi.
Redaksiya ilə yaxından tanış olan qonaq əməkdaşlara xoş arzularını çatdırdı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.