Cəmiyyət

Nəbatat bağında ağacları kəsənlər axtarılırlar - FOTO

16 Aprel 2014 14:14
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail Rayon Polis idarəsinə müraciət olunub.

Bunu anspress-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqib Mirzəyev məlumat verib. O, bildirib ki, Nəbatat bağında ağaclar kökündən çıxarılıb və bu da sənədləşdirilib. Onun sözərinə görə, təqsirkarın müəyyənləşdirilməsi üçün Botanika İnstitunaun rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinə müraciət olunub:

"Təqsirkar tapıldıqdan sonra onun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək. Hələ araşdırma gedir. Təqsirkar tapılmayıb. O tapılandan sonra qanuna müvafiq olaraq akt tərtib olunacaq və İnzibati Xətalar Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada cərimələnəcək".

Xatırladaq ki, bir müddət bundan öncə, Azərbaycan Milli Elmlər Akademiyasından Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) kəsilən ağaclarla bağlı açıqlama veriblər. Bildiriblər ki, Bakıda, Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərb hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb. Burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirib ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan məhz həmin ərazidir ki, uzun illər seyrək ağaclarla qorunub saxlanıb:

"Lakin ərazidən keçən kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları hazırda bu ərazinin istifadəsini məhdudlaşdırır. Hətta ağacların kökləri yüksək gərginlikli kabellərin açıq hissələrinə nüfuz edərək tədqiqatçılar və ziyarətçilər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Burada ara-sıra müşahidə olunan qığılcımlar təhlükənin ciddiliyindən xəbər verir. Məsələ ilə əlaqədar 2014-cü ilin yanvarında "Bakıelektrikşəbəkə" ASC-yə rəsmi müraciət edilib. Yerin altında kommunikasiya xətlərinin yenilənməsi məqsədi ilə qazıntı işlərinə başlanılacağı təqdirdə ağacların məhv olmaması üçün onlar məhz yazın əvvəlində, təbiətin oyanma prosesindən qabaq köçürülüb".

AMEA-dan həmçinin bildiriblər ki, hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Əkilənlər arasında kökləri dərinə uzanmayan bitkilər, xüsusən də çiçək növləri üstünlük təşkil edir. Burada gələcəkdə AMEA-nın və elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır:

"Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı media yazılarındakı kəsilmiş ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyil".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.