Cəmiyyət

Azərbaycanlı aktrisanın yarıçılpaq görüntüsü qalmaqal yaratdı - YENİLƏNİB - FOTO - VİDEO

16 Aprel 2014 16:31
9 Şərh     Baxış: 4 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:36

Gürzə" filmindəki Ziba roluna görə son günlər sosial şəbəkələrdə tənqid hədəfi olan aktrisa Dilarə Nəzərova ona ünvanlanan ittihamlara cavab verib. Aktrisa AzNews.az saytına açıqlamasında bildirib ki, bu obrazın onun şəxsi həyatına heç bir aidiyyatı yoxdur:

"Bilmirəm, o şəkilləri kim, necə və hansı məqsədlə yayıb. Demək istəyirəm ki, o geyimin və rolun mənim şəxsiyyətimə heç bir dəxli yoxdur. O, filmdir, obrazdır. Obraza münasibətlərini bildirsinlər. Film 5 il əvvəl çəkilib və televiziyada nümayiş etdirilib. Qəribədir ki, bu görüntülər indi saytlarda yayımlanır. O obraz o tip qadınlara qarşı bir etirazdır".

Aktrisa bu görüntülərinin 5 il sonra ortaya çıxarılmasının həmkarları ilə bağlı olduğunu istisna edir:

"Bütün həmkarlarımla gözəl münasibətlərim var. Düşünmürəm bu hansısa həmkarımdan qaynaqlanan məsələdir. Çox güman ki, həmin fotoların yayımlanması sayt adminlərinin savadsızlığından irəli gəlir".

Qeyd edək ki, aktrisa "Gürzə" filminə 2009-cu ildə çəkilib və burada yüngül həyat tərzi keçirən Ziba obrazını canlandırıb.

---------
13:54

Ötən gün Mədəniyyət Televiziyasında yayımlanan serialdakı görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, görüntülərdə aktrisanın açıq-saçıq geyimi diqqət çəkib. Facebook-da paylaşılan foto qısa zamanda geniş müzakirəyə səbəb olub.

Facebook istifadəçilərdən bəziləri "Mədəniyyət" televiziyasında yayımlanan bu görüntülərin əleyhinə olduqlarını bildirsələr də, fikirlər birmənalı olmayıb. Belə ki, bəzi istifadəçilər bu görüntülərin normal olduğunu və burada şişirdiləcək heç bir məqamın olmadığını yazıblar.

Həmin görüntünü təqdim edirik.

Milli.Az

----------
16:31



Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.