Cəmiyyət

Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq

16 Aprel 2014 13:41
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya ölkədəki açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə mayın 1-dən monitorinqlərə başlayacaq.

Stansiyanın direktor müavini Şair Qurbanov Trend-ə deyib ki, monitorinq insanların çox istifadə etdiyi və onların həyatı üçün çox vacib olan 100-dən çox su mənbəsində aparılacaq. Monitorinqlər noyabrın 1-dək davam edəcək. Bu müddətdə hər həftə müayinələr aparılacaq və nəticələr müəyyənləşdiriləcək.

Ş.Qurbanovun sözlərinə görə, adətən, insanlar arasında təhlükəli infeksiyaların yaratdığı xəstəliklər aşkarlandıqda monitorinqlərin aparılması üçün daha çox su mənbələri müəyyənləşir.

O, içməli su mənbələrində ən təhlükəli infeksiyanın vəba törədiciləri olduğunu bildirib.

Direktor müavini Azərbaycanda ötən il aparılan monitorinqlər zamanı infeksiyaların aşkarlanmadığını da əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.