Cəmiyyət

Hacıbala Abutalıbovdan çadırda gecələməyi ilə bağlı açıqlama

16 Aprel 2014 12:26
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıbala Abutalıbov: "Çadırda gecələmirəm"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çadırda gecələməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o Teleqraf.com-a açıqlamasında bu məlumatların yalan olduğunu deyib: "Bu, başdan-ayağa cəfəngiyyatdır. Gün ərzində orada oluram, amma gecələr yox". H.Abutalıbov Gül bayramına yüksək səviyyədə hazırlaşdıqlarını deyib.

Qeyd edək ki, artıq bir neçə gündür Heydər Əliyev Sarayının yaxınlığında mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqla bağlı çadırdan mənzil-qərargah qurulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.