Cəmiyyət

Bakının iki prospektində və bir küçədə hərəkət məhdudlaşdırılır - YENİLƏNİB - FOTO

16 Aprel 2014 14:43
0 Şərh     Baxış: 2 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:43

Bakıda təmirə dayanan yol açılıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Hazırda isə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının binasının qarşısından İsfəndiyar  Zülalov küçəsi ilə kəsişməyə qədər ("Kaktus" restoranının yanı) olan hissədə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.  Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

----------
14:24

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat  verilib.
 
"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumatda yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda ("Koroğlu" metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı bildirilib. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.

---------
11:23

Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

---------
10:44

Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar şəhər istiqamətindəki bağlanmış kənar yol açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar dünən axşam saat 22:00-dan etibarən bağlanmış Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol artıq bu gün səhər saatlarından istifadəyə verilib.

P.Mürsəliyev qeyd edib ki, aparılan işlər zamanı yol həm xüsusi texnika vasitəsilə toz və torpaqdan təmizlənib, həm də yolda xətləmə işlər aparılıb.

"Azəryolservis"in sözçüsü bildirib ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.