Cəmiyyət

Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?

13 Aprel 2014 15:37
2 Şərh     Baxış: 7 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan Trend-ə bildirib ki, Abşeron yarımadasında temperaturun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz, əsasən, yağmursuz olacaq.

Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.