Cəmiyyət

Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var

12 Aprel 2014 13:53
4 Şərh     Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (12,13,14 aprel tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda Günəşin diskində 6 böyük regionun aktivliyi və 78 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Proqnozlaşdırılan günlərdə Günəş aktivliyinin orta səviyyədə olacağı gözlənilir. Ümumi (planetar) geomaqnit vəziyyət aprelin 12-də və 13-də həyəcanlı, aprelin 14-də isə orta-həyəcanlı olacaq.

Geomaqnit həyəcanlanması və meteoroloji şəraitin tez-tez, kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlılar, uşaqlar və meteohəssas insanların səhhətində aprelin 12-də və 13-də gün ərzində, aprelin 14-də isə qismən narahatlıq-diskomfort hissi yaradacaq. Meteohəssas olmayan sağlam insanların isə heç bir narahatlığına səbəb yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.