Cəmiyyət

Azərbaycanda istirahət günü hava yağıntılı olacaq

12 Aprel 2014 12:46
0 Şərh     Baxış: 3 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 13-də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.