Cəmiyyət

30 mindən çox abituriyent imtahan verəcək

12 Aprel 2014 11:51
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-2015-cü tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 30656 nəfər sənəd verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ərizəsini təsdiqlədən həmin abituriyentlərin 26764-ü Azərbaycan, 3892-i rus bölməsi üzrə sənədlərini təqdim edib.

Abituriyentlərin 10576-ı I, 7492-i II, 8923-ü III, 3665-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi"ni doldurmalıdırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.