Cəmiyyət

Bakıda yağış yağacaq

9 Aprel 2014 00:05
8 Şərh     Baxış: 3 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Temperatur gecə 4-9°, gündüz 12-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununadək yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 4-9°, gündüz 11-16° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Dağlarda duman olacaq.

Temperatur gecə 5-8°, gündüz 10-15° isti, dağlarda gecə 4-7°, gündüz 7-11° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.