Təhsil Nazirliyi Azərbaycanda tədris ilinin müddətinin hansı səbəblərlə əlaqədar iyun ayında dərslərin keçirilməsi hesabına artırılmasının nəzərdə tutulduğunu açıqlayıb.
Trend xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günləri nəzərə alınmadıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir. Buna görə də şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir:
"Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə tez uyğunlaşmasına şərait yaradacaq".
Qeyd edək ki, hazırda Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşır. Növbəti tədris ilindən isə Azərbaycanda tədris ilinin müddətinin uzadılması nəzərdə tutulur. Tədris ilinin iyunda 3 akademik həftənin əlavə edilməsi hesabına uzadılacağı gözlənilir.
Milli.Az
Cəmiyyət
Azərbaycanda tədris ilinin müddəti iyuna qədər niyə uzadıldı?
8 Aprel 2014 13:30
11 Şərh
Baxış: 8 308
DİGƏR XƏBƏRLƏR
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
XƏBƏR LENTİ
- Burak Özçivitin lüks avtomobilinin qiyməti gündəm oldu – FOTO
- Tbilisidəki aksiyada polislər yaralandı
- Xəzərdə tikinti üçün süni torpaq sahələri yaradılacaq
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı
- Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır - Cahangir Məmmədli
- Bakıda evdə PARTLAYIŞ: ölən var
- Reper 60 milyona avtomobil aldı
- Azərbaycanlının öldürdüyü şəxs məşhur imiş
- Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
- Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
- "Meyxananı böyük səhnəyə atam gətirib"
- Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
- Video çəkilişi mediaya təqdim edənlər cərimələnəcək
- Bu halda ipotekaya xitam veriləcək
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
- Qərbin "erməni yalanları" çox tez faş oldu
- Bu işçilərin maaşları artırılacaq
- Türkiyədə baş verən güclü zəlzələdən təşviş dolu kadrlar - ANBAAN VİDEO
- 19 aprelin ən xoşbəxt bürcü: Elə fürsətlər yaranacaq ki...
- Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
- Rəşad Sadıqov: “Bu təklifləri dəyərləndirməyə çalışacam” - VİDEO - FOTO