Cəmiyyət

Sinoptiklərdən hava ilə bağlı bədbin açıqlama

8 Aprel 2014 13:16
15 Şərh     Baxış: 13 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycan rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-aryı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 -7 isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.