Cəmiyyət

Təhsil Nazirliyindən abituriyentlərə dəstək

8 Aprel 2014 12:42
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi Azərbaycanda abituriyentlərin ixtisas seçimini düzgün aparması üçün yeni layihənin icrasına başlayır

Trend xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, dünyanın bir çox ölkələrində ali məktəblər öz məzunlarını orta məktəblərdən seçməyə başlayırlar. Təhsil Nazirliyi də Azərbaycanda bu təcrübəyə əsaslanan sistem qurmağa çalışır.

C.Valehov deyib ki, son 6 ay ərzində nazirliyə müxtəlif ali təhsil müəssisələrindən daxil olan müraciətlərin böyük əksəriyyəti vaxtında ixtisas seçimini düzgün etməyən tələbələrin digər ixtisaslara köçürülmək istəyi ilə bağlı olub. Bunu nəzərə alaraq, TN yaxın vaxtlarda ali, orta ixtisas və peşə məktəblərində "İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır" adlı kampaniyaya start verəcək.

Bu kampaniyanı həyata keçirmək üçün hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərə ixtisasların hədəfləri, gələcək uğurları barədə ətraflı məlumat veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.