Cəmiyyət

Azərbaycanda bu ilin ilk sınaq imtahanları keçirilib - YENİLƏNİB

6 Aprel 2014 17:15
6 Şərh     Baxış: 5 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:15

Gəncədə keçirilən sınaq imtahanında 5204 abituriyent iştirak edib.

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə ilk sınaq imtahanlarını keçirib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb. Gəncə şəhərində isə sınaq imtahanları 5 binada 5204 abituriyentin iştirakı ilə keçirilib. İmtahan prosesini 32 imtahan rəhbəri və 158 nəzarətçi-müəllim izləyib.

Nəsimi Məmmədov - TQDK-nın Gəncə regional bölməsinin müdiri: "TQDK bu imtahan proseslərini nəinki mərkəz şəhərlərdə, hətta ucqar bölgələrdə də keçirir. Bu gündə Qərb bölgəsi üzrə Tovuz və Qazax rayonlarında da sınaq imtahanları keçirilir ki, bu imtahanların idarə olunması üçün də Gəncə şəhərindən olan imtahan rəhbəri bazasından 5 imtahan rəhbəri cəlb olunub".

Sınaq imtahanları 2 növbə ilə keçirilib. Bir neçə abituriyentdə sənəd problemi olduğu üçün imtahan binasına buraxılmayıb. İlk sınaq imtahanının nəticələri isə bir neçə gün sonra TQDK-nın saytına yerləşdiriləcək. Qeyd edək ki, sınaq imtahanlarının iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq. Aprel ayının 13 və 20-də keçiriləcək sınaq imtahanlarına isə qeydiyyat artıq başlayıb.

---------
08:57

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanları keçirilir.

APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.
 
İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur.
 
Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.