Cəmiyyət

TQDK: "Ən ucqar məntəqələrdə də sınaq imtahanları keçirməyi planlaşdırırıq"

5 Aprel 2014 13:34
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Orta məktəb şagirdləri üçün keçirilən sınaq imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçün də sınaqdır"

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sabahdan TQDK bu il üçün ilk dəfə olaraq sınaq imtahanı keçirəcək: "Bu imtahanlarda 50 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur ki, bu da bir qrup üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin sayından daha çoxdur".

E.Nağızadə qeyd edib ki, bu imtahanlara ayrılan yerlərin sayı əvvəlki illərlə müqayisədə artıb: "Sınaq imtahanları qəbul imtahanlarına uyğun aparılır. Bununla abituriyentlər qəbul imtahanına sınaq keçirlər. Biz ən ucqar məntəqələrdə də sınaq imtahanları keçirməyi planlaşdırırıq. Aprelin 20-də keçiriləcək sınaq imtahanlarında iştirak etmək üçün də qeydiyyat başlayıb. Artıq abituriyentlər qeydiyyatdan keçməyə başlayıblar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.