Cəmiyyət

Mendeleyev Olimpiadasında iştirak etmək istəyənlərin diqqətinə

4 Aprel 2014 16:42
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək istəyən şagirdlər üçün seçim mərhələsini elan edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 11-18 may tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edilib.

Seçim mərhələsində iştirak etmək istəyən şagirdlər saytda yerləşdirilmiş "Qeydiyyat forması"nı dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat forması elektron poçt vasitəsilə (scan olunmuş formada- [email protected]) və Təşkilat Komitəsinin ünvanına (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) şəxsən təqdim etməklə təqdim edilə bilər.

Seçim turu yazılı formada Azərbaycan və rus dillərində aparılacaq. Tur aprelin 12-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.