Cəmiyyət

Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq

2 Aprel 2014 12:52
105 Şərh     Baxış: 17 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 3-də buludlu hava şəraiti üstünlük təşkil ediləcək. Axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 3-də yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında aprelin 3-də havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

Bu cür hava şəraiti aprelin 4-ü günortaya kimi davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.