Cəmiyyət

Şagirdlərimizin "Məktəbli kitabçası"nda ciddi xəta - FOTO

2 Aprel 2014 12:48
0 Şərh     Baxış: 6 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Orta məktəb şagirdlərinin builki dərs ili müddətində istifadə etdikləri "Məktəbli kitabçası"nda (Gündəlik) ciddi səhvə yol verilib.

Belə ki, "Gündəlik"lərdə Milli Mətbuat Günü - " Əkinçi"nin yaranma tarixi 22 iyul əvəzinə iyun göstərilib.

Modern.az saytının əməkdaşı "Məktəbli kitabçası"nda qarşısına çıxan nöqsanı araşdırmaq üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb. C.Valehov bununla bağlı bildirib ki, "Gündəlik"lərdəki səhvə ötən il onların nəşri zamanı yol verilib, artıq tədris ili də yekunlaşır.

"Çox güman ki, texniki bir xətadır. "l" hərfinin yerinə "n" hərfi düşüb. Düşünürəm ki, texniki səhvi böyütməyə ehtiyac yoxdur, yəqin ki, "Məktəbli kitabçası"nın yenidən nəşrində onu aradan qaldıracaqlar".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.