Cəmiyyət

Azərbaycana yaz havası qayıdır

31 Mart 2014 12:52
5 Şərh     Baxış: 4 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək, temperatur bəzi yerlərdə 17 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq. Aprelin 3-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Aprelin 1-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.