Cəmiyyət

Bakıya "quşbaşı" qar yağır - YENİLƏNİB - FOTO - VİDEO

30 Mart 2014 17:58
36 Şərh     Baxış: 14 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:19

Bakıda çovğunla müşayiət olunan güclü qar yağır.
 

Trend-in məlumatına görə, paytaxtda intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.
 

Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.

Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur. Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq.


--------
16:52


Bakıda bu gün günorta saatlarından yağmağa başlayan qar şiddətlənib.

Milli.Az xəbər verir ki, paytaxtın Xətai rayonuna "quşbaşı" qar yağmaqdadır.
Belə davam edərsə, az bir zamanda yerin ağ örpəyə bürünmə ehtimalı yüksəkdir.

Qarla paralel şiddətli külək də əsməkdədir.

---------
12:47


Hava şəraitinin kəskin dəyişməsi Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da özünü göstərməkdədir.

Belə ki, gecədən başlayan güclü külək Bakının bir sıra rayonlarında artıq qarla müşayiət olunmaqdadır.

Milli.Az xəbər verir ki, Yasamal rayonunda bu saatlarda qar yağır.

Havanın temperaturunun aşağı düşməsi səbəbindən artıq bəzi ərazilər ağ örpəyə bürünüb.

Qarla bərabər güclü küləyin əsməsi insanların küçələrdə hərəkətini çətinləşdirir.

Rüfət Əhmədov
Milli.Az


---------
17:58

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.




------------
17:19

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Rüfət Əhmədov, Elşən İmanov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.