Cəmiyyət

ADA Universiteti vyetnamlılara təqdim olundu - FOTO

28 Mart 2014 18:50
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Vyetnam Diplomatik Akademiyasında ADA Universitetinin təqdimatı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Vyetnam Diplomatik Akademiyasının Beynəlxalq iqtisadiyyat fakültəsinin dekanı Danq Hoanq Linh ADA Universitetinin nümayəndə heyətini salamlayıb və onlara uğurlar arzulayıb.

Milli.Az-ın məlumatına görə, daha sonra Azərbaycanın Vyetnamdakı səfirliyinin müşaviri Cavanşir Məcidov çıxış edərək, Sovet İttifaqı dövründə Azərbaycan universitetlərində çoxlu sayda vyetnamlı gəncin təhsil aldığını qeyd edib və hazırda həmin məzunların Vyetnamın dövlət və özəl qurumlarında müxtəlif vəzifələrdə çalışdığını diqqətə çatdırıb.

C.Məcidov Azərbaycanla Vyetnam arasında tarixən təhsil sahəsində mövcud olan əməkdaşlığın və uğurlu təcrübənin müasir dövrdə də davam etdirilməsinin vacibliyini vurğulayıb və səfirliyin Azərbaycanda təhsil almaq istəyən vyetnamlı gənclərə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Çıxışlardan sonra ADA Universitetinin müəllimi Rəşad İbadov və tələbələri ADA Universitetində təhsil imkanları haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbir zamanı ADA Universitetinə aid videoçarxlar nümayiş etdirilib. Sonra ADA Universiteti ilə bağlı vyetnamlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda ADA Universiteti haqqında jurnallar, bukletlər və elanlar vyetnamlı gənclərə paylanıb.

Tədbir Vyetnamın yerli mediası tərəfindən geniş işıqlandırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.