Cəmiyyət

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - YENİLƏNİB

27 Mart 2014 13:26
30 Şərh     Baxış: 12 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:26

Azərbaycanda hava soyuyacaq, temperatur kəskin şəkildə - 14 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, martın 29-da ölkə əarzisində cənub küləyinin güclənməsi, temperatur rejiminin isə nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-a keçən gecədən başlayaraq, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin şəkildə - 10-14 dərəcə enəcəyi gözlənilir.

Martın 29-da axşam respubliaknın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əksər rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək.

----------
13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 28-də hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı ehtimalı var.

Martın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədirəcən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.