Cəmiyyət

Sabah Azərbaycanda hava nə vəd edir?

25 Mart 2014 12:51
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq.
 

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
 

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq.
 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, cənub küləyi əsəcək.
 

Havanıın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.