Cəmiyyət

Şamaxı ağ örpəyə büründü

24 Mart 2014 12:28
1 Şərh     Baxış: 6 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bayram günlərində Şamaxıya qar yağıb. Rayon indi dörd bir tərəfi qarla əhatələnmiş gözəl mənzərəyə çevilib.


Rayonla yanaşı bir çox kənd və qəsəbələrdə qar görmək mümkündür. Qarlı havada istrahətin isə yeri tam fərqlidir. Bunu eşidən hər kəs üz tutur Şamaxıya...

Ən çox qar rayonun Pirqulu qəsэbəsinə düşüb. Burada qarın hündürlüyü 21 sm olub. Təmiz havada gəzintiyə çıxıb, şəhərin səs-küyündən uzaq, ailəvi şəkildə istrahət edənlərin sayı da az deyil. İndi buraya qonaq qismində gələn vətəndaşların sayında da artım var.

Böyükdən balacaya hər kəs qışda yaşamadığı əyləncəni Şamaxıda yaşayırlar.

Kimi qar topu oynayır, kimi qarlı meşələrdə gəzintilərə üstünlük verir. Qış ayında ən gözəl əyləncəli oyunlardan olan xizəkdə sürüşmək uşaqlar üçün əvəzsiz olub. Qartopu oyunları isə uşaqların əyləncəsinə xüsusi rəng qatıb.

Rayona gələnlər arasında xarici ölkə vətəndaşları da var. Onlar təbiətin bu şıltaqlığını yaxından görmək və qardan zövq almaq üçün Şamaxıya gəliblər.

İndi tək bir şey qalır - qarın keyfini çıxarmaq. Odur ki, Şamaxı qar sevən qonaqlarını gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.