Cəmiyyət

İnsanlar günə görə necə dəyişir? - ARAŞDIRMA

24 Mart 2014 09:18
1 Şərh     Baxış: 2 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anadan olduğun günü dəqiqləşdir, yalnız bundan sonra sən doğum gününün sirrini kəşf edib,bəzi mətləblərdən agah olacaqsan

Astoloqlar insanın bürcündən başqa, hansı gündə, hansı saatda dünyaya gəldiyinin onun xarakterindən xəbər veridiyini söyləyib.
 

Milli.Az anspress-ə istinadən bildirir ki, alimlər həftənin hansı günü dünyaya gəlməsinin insan taleyində rolunun böyük olduğunu iddia edir. Sənin xarakterin və gələcək taleyin həftənin neçənci günündə doğulmağından birbaşa asılıdır. Belə ki, gəlin baxaq görək kim həftənin hansı günü dünyaya gəlib. Doğulduğun ilin təqvimini tap və anadan olduğun günü dəqiqləşdir. Yalnız bundan sonra sən doğum gününün sirrini kəşf edib, bəzi mətləblərdən agah olacaqsan.

1.Bazar ertəsinin insanları

Həftənin birinci günü doğulanlar narahat və şübhəli ruhun sahibi olurlar. Əgər onlar daxilindəki təzadları aşıb, nə istədiklərindən baş açsalar, həyatda yüksək mövqeyə çata bilərlər. Bu insanlar emosional cəhətdən açıq, ünsiyyətcidirlər. Eyni zamanda həqiqi hisslərini və ancaq özlərinə məxsus fantaziyaları gizlətməyi də bacarırlar. Onlar həyatın dəyişiklikliyinə asanlıqla alışır,hər şeyi öz axarına buraxırlar. Qarşısındakı maneələri aşmağa o qədər də həvəsli deyillər. Onlara güclü sipər gərəkdir. Ona görə də təminatlı insanla ailə qurmağa can atırlar. Ailədə onlar işgüzar, sakitlik yaradan və həyat yoldaşına sədaqətli olurlar. Amma həddən artıq inamsızlıqları və zəiflikləri ucbatından çox zaman tənha qalırlar.
 

Bazar ertəsinin planeti - romantik Aydır.

2.Çərşənbə axşamının insanları

Aqressiv,dalaşqan,möhkəm xarakterə malikdirlər. Kiminsə onlara haqq qazandırmasını xoşlayırlar. Etdiyi hərəkətlərin düzgünlüyünə şübhələr onlarda özünəinamsızlıq yaradır. Ona görə də ailənin və dostların dəstəyinə daim ehtiyac duyurlar. Bu insanlar əvvəl addım atır,sonra fikirləşirlər. Çərşənbə axşamında doğulmusunuzsa, sizə etibarlı məsləhətçi və xeyirxah sirdaş lazımdır. O, sizinlə mehribancasına davranıb, düzgün istiqamətləndirməlidir. Əgər belə olarsa, siz istədiyiniz mövqeyə çata bilərsiniz. Çərşənbə axşamının planeti-odlu-alovlu Marsdır.

3.Çərşənbənin insanları
 

Həftənin 3-cü günü dünyaya gələnlər mənəvi zənginliyə malik olub, maraq və əyləncə əhatələri genişdir. Onlar ticarət, elm sahəsi, reklam işlərində uğur qazanır,bütün ömürləri boyu öyrənməyə can atır, zəngin təcrübələri ilə seçilir,amma bu keyfiyyətlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra məqsədlərinə doğru inamla gedirlər. Əgər siz bu uğurlu gündə doğulmusunuzsa, deməli, Fortunanın sevimlisisiniz. Yananızda sizi başa düşən, lazım olanda iş-gücdən ayırıb, səyahət və əyləncələrə cəlb edən biri olmalıdır. Çərşənbə gününün planeti-intellekt və ticarətin hamisi Merkuridir.

4.Cümə axşamının insanları
 

Bu gün doğulanlar çox hallarda cəmiyyətdə seçilən,tanınmış,zəngin və orta yaş dövründə müəyyən vəzifəyə çatmış insanlar olurlar. Onlar siyasət, din, idarəçilik sahəsində uğur qazanırlar. Cümə axşamının insanlarında güclü intuisiya və görücülük qabbiliyyəti də olur. Bu qabiliyyət hərdən onları qorxudur.İnadcıl olan bu adamlar bəzən ünsiyyətdə olduqları insanları qıcıqlandırır, bəzənsə "key" imici qazanırlar. Ailədə hökmranlığa can atmaq da onları dözülməz edə bilər. Tez-tez qısqanclıq səhnələri yaşanır. Amma dördüncü günün adamları konfliktlərə meyilli olmayıb, yersiz mübahisədən qa qaçırlar. Əgər ciddi səbəb olarsa,güzəştə getmir, qarşı tərəfi bağışlamırlar. Cümə axşamının planeti-dünyanı idarə edən ,zənginlik himayəçisi Yupiter.


5.Cümə gününün insanları
 

Onlar sevib-sevilmək üçün yaranıblar. Həyatdan zövq almaq, doğmalarına gözəl anlar bəxş etmək bu insanların missiyasıdır. İstənilən vəziyyətdə optimist və şən olurlar. Xarici görünüşcə də cəlbedicidirlər. Amma bu insanların hər sözünə inanmayın. Çünki onlar dedikləri sözü tez unudurlar. Beşinci gündə doğulmusunuzsa,ailəni, rahat evi,uşaqları sevirsiz. Amma ailə-məişət problemlərindən tez yorulursunuz. Problemli və ağır xasiyyətli tərəf müqabili sizlik deyil. Sizin yanınızda olan insan azadlıqsevər,qısqanc olmayan, xoşxasiyyətli olmalıdır. Həyat sizin üçün oyun və əyləcədir. Pul qazanmağı və xərcləməyi sevirsiz, çox vaxt pullar özü gəlib sizi tapır. Sizin sayənizdə həm evin,həm də işlədiyiniz yerin bərəkəti artır.
 

Cümə gününün planeti - gözəllik və sevgi ilahəsi Veneradır.

6.Şənbə gününün insanları
 

Bu inasanlar ağır doğum karamasına malikdirlər. Bu yükə davam gətirməyə elə şənbə doğulanların gücü çatar. Hədsiz dərəcədə işgüzarlığı, ağlı və istedadı,anadangəlmə məsuliyyət hissi bu insanları inanılmaz mövqeyə qaldırır. Onların həyat yolu-əmək, iş, vəzifə borcu və səbrdən ibarətdir. Adətən 6-cı gündə doğulanların şəxsi həyatında problemlər olur. Çünki onlar ailə həyatını 2-ci plana keçirib, hər şeyin öz-özünə düzələcəyini güman edirlər. Hətta ailə quranda da onun qorunması üçün tədbirlər görmürlər. Əgər siz həftənin 6-cı günü doğulmusunuzsa, onda çətinliklərə hazır olun. Çalışın,evdə də özünüzü işdəki kimi aparasız, addımlarınızı ölçüb-biçib, aramla atın. Siz gəncliyinizlə müqayisədə, orta yaşlarda daha xoşbəxt olacaqsız. Şənbə gününün planeti-çətinliklər planeti Saturn.

7.Bazar gününün insanları
 

Onlar aşıb-daşan enerji ilə doludurlar.Hər yerdə,hər bir an bəxtləri gətirir. Həyatın ərköyn uşaqlarıdırlar. Bu insanlar uşaqlıqdan qeyri-adi istedad,daxili güc, gözəllik və xeyirxahlıqları ilə seçilirlər. Qayğısız həyat onları özündənrazı salır. Çox zaman 30-33 yaşına kimi arzuladıqları mövqeni qazanırlar,amma sonra... Sonra isə enerji azalır, çətinliklər başlayır və bütün bunlara alışmayanlar qazandıqlarını da itirmək təhlükəsi ilə qarşılaşır. Bir şəxsiyyət kimi formalaşmaq və təbiətdən gələn fitri istedadlarını itirməmək üçün onlar uşaqlıqdan ciddi rejimdə böyüməli və yaxşı təhsil almalıdırlar. Əgər özünüzə yazığınız gəlməsə,başqalarının köməyinə yox,öz gücünüzə arxayın olsanız, həyatda istədiyiniz xoşbəxtliyə çatarsınız. Siz ağıllı, hökmlü və tələbkar tərəf müqabili ilə ailə qurmalısınız. Bazar gününün planeti - əyləncəli və qayğısız həyatın hamisi enerjili Günəş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.