Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfiri Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb - FOTO

22 Mart 2014 17:06
Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkov şəhərinə səfər edərək Xarkovun ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfirin Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir ilə görüşündən sonra universitetin böyük tədbir salonunda Xarkovun 23 ali təhsil müəssisəsində təhsil alan iki mindən artıq tələbənin 300-dək nümayəndəsi ilə görüş keçirilib. Görüşdə səfirliyin birinci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, universitetin xarici tələbələrlə iş üzrə dekanı professor Murad Ömərov da iştirak ediblər.
 

Öncə səfərin məqsədi barədə tələbələrə məlumat verən səfir öz seçimləri ilə Ukraynada təhsil almağa gəldiklərinə baxmayaraq, Azərbaycan dövlətinin daim tələbələrimizin qeydinə qaldığını bildirib. O, ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən ətraflı danışaraq gələcəkdə savadlı mütəxəssislərə, xüsusən texniki sahədə təhsilli gənclərə tələbatın artacağını qeyd edib, tələbələrimizə təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə edib.
 

Sonra tələbələrin üzləşdikləri çətinliklərin öyrənilməsi məqsədilə söz onlara verilib. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdiyi bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağını və bu barədə mümkün tədbirlər görüləcəyi bildirilib.

Fürsətdən istifadə edərək E.Mədətli Xarkovda təhsil alan tələbələrlə Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı təması təşviq etmək məqsədilə Xarkovda fəaliyyət göstərən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərovu, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasovu, "Aynur" qadın cəmiyyətinin sədri Kifayət Cəfərovanı təqdim edərək onlara söz verib, gələcəkdə daha sıx təmas qurmağı tövsiyə edib. Bununla yanaşı, səfir Ukraynada Azərbaycan dəyərlərinin təbliğ olunmasında fəaliyyətlərinə görə Q.Abbasova səfirliyin adından təşəkkürnamə təqdim edib.
 

Tələbələrin görüşdən və çətinliklərini bildirmək imkanından ruhlandıqlarını görən səfir belə görüşlərin mütəmadi keçiriləcəyini, növbəti görüşün cari ilin may ayında V.Karazin adına Xarkov Milli Universitetində keçirilə biləcəyini qeyd edib.

Eynulla Mədətli Xarkova səfəri çərçivəsində Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir və Xarkov Ali təhsil müəsisələrinin xarici tələbələrlə iş üzrə prorektorları Şurasının üzvləri ilə görüşüb. Görüşdə Xarkovun təhsil müəssisələri, Azərbaycanda təhsil sistemi, Xarkovda təhsil alan azərbaycanlı tələbələrin təhsil məsələləri, tələbələrlə keçirilmiş görüşdə qaldırılmış məsələlər barədə fikir mübadilələri aparılıb. Azərbaycanlı tələbələrə götərilən diqqətə görə prorektorlara təşəkkür edən səfir onları Bakıya səfər etməyə dəvət edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.