Cəmiyyət

Bakıya yağış yağacaq

22 Mart 2014 00:05
2 Şərh     Baxış: 2 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yağıntılı olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 4-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 6° şaxta, gündüz 11-16° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3-8°, gündüz 11-16° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, günün ikinci yarısından tədricən kəsiləcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 5-9° , gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 4-9° isti təşkil edəcək. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.