Cəmiyyət

Bayram günü hava necə olacaq?

20 Mart 2014 00:05
0 Şərh     Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir.

Temperatur gecə 5-8°, gündüz 12-17° isti, Bakıda gecə 5-7°, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 12-17°, bəzi yerlərdə 21°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz keçəcəkdir.

Temperaturun gecə 2-7°, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.

Temperaturun gecə 5-8°, gündüz 17-20°, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.