Cəmiyyət

Azərbaycanda Novruz bayramı günlərində müşahidə olunacaq kosmik hava proqnozu açıqlandı

19 Mart 2014 17:15
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20-27 mart tarixlərində geomaqnit vəziyyət orta gərginlikdə olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 20-27 mart tarixlərində müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda günəşin diskinin 9 regionunda aktivlik və 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur.

O deyib ki, proqnozlaşdırılan günlərdə (yaxın 1 həftə ərzində) əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin yüksək səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass həddində (ehtimal-40%) ola biləcəyi proqnozlaşdırılır: "Növbəti bir neçə gün üçün proqnoz vermək çətindir. Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, müxtəlif dövrlərdə narahatlığın artması ilə 20-27 mart tarixlərində ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq. Yaz dövründə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yaradacaq. Sağlam və meteohəssas olmayan insanlar üçün isə narahatlığa gərək yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.