Cəmiyyət

ATV-də Zaur Baxşəliyevi hansı cəza gözləyir?

15 Mart 2014 15:32
103 Şərh     Baxış: 38 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Ümid var" verilişində baş verənlərlə bağlı bir neçə nəfər artıq işdən qovulub"

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Ağcabədi rayonundan seçilən deputatı Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, seçildiyi rayonla bağlı yayımlanan intim video ilə əlaqədar ATV rəhbərliyi yəqin ki, cəza tədbirlərini davam etdirəcək. Onun sözlərinə görə, verilişin aparıcısı Zaur Baxşəliyev cəza olaraq ATV-dən uzaqlaşdırıla və ya töhmət ala bilər.

Xatırladaq ki, martın 13-də ATV-də yayımlanan "Ümid var" verilişində Ağcabədi rayon sakini həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini yayımlayıb. Bu da cəmiyyətdə ciddi narazılığa səbəb olub. Nəticədə "Ümid var" verilişinin yayımı dayandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.