Cəmiyyət

Azərbaycanda yaxın 2-3 gün üçün hava proqnozu açıqlandı

24 Fevral 2014 12:24
7 Şərh     Baxış: 3 957
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişikliyin olacağı gözlənilmir

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 25-də hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.