Cəmiyyət

Bakıda 17 yaşlı qız yazdığı məktubla anasını gözüyaşlı qoyub

7 Fevral 2014 10:59
22 Şərh     Baxış: 4 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ana iki gündür qızı üçün göz yaşı tökür.


Yasamal rayonunda yaşayan Yeganə Quliyeva qızının onun üçün yazdığı məktubu oxuyandan sonra dəhşətə gəlib. Məktubda məktəbi yeni bitirən qızı onu tərk etdiyini yazmışdı. Ana dərhal məktubu götürərək Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə üz tutub.

Bilbirib ki, 17 yaşlı qızı Qıztamam Quliyeva məktub yazaraq evdən gedib. Qız anasına mağazaya getdiyini deyib evdən çıxıb. Lakin qızın evə gec gəlməsindən narahat olaraq onun mobil telefonuna zəng edib, lakin cavab verilməyib. Sonra isə evdə qızının ona yazdığı məktubu görüb: "Bir daha evə gəlməyəcəm".

İşi araşdıran 28-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, Q.Quliyeva evi fevralın 5-də tərk edib. Onun tapılması istiqamətində iş aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.