Qoroskop

Günün qoroskopu: diqqət mərkəzində olacaqsınız

14 Aprel 2014 00:01
37 Şərh     Baxış: 8 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - uzun müddətdən bəri həyata keçirməyi planlaşdırdığınız layihəni gerçəkləşdirmək üçün uğurlu zamandır. Başladığınız işi yarımçıq qoymayın. Tamamilə yeni, başqalarının çətinlik çəkdiyi sahədə irəliləyə bilərsiniz.

Yeni informasiyanı sürətlə əxz etməyə, bir qədər sonra karınıza gələcək işi öyrənməyə çalışın.

Görüşlər, müzakirələr, təhlillər və planlaşdırma üçün əlverişli zamandır.

Faydalı tanışlıqlara nail ola bilərsiniz. Dəvət aldığınız tədbirə qatılın.

Günün ikinci yarısında səfər və ya səyahət, şəraitin dəyişməsi münasibətlərə təsir edəcək, əhvalınızı yaxşılaşdıracaq.

Axşam saatlarında diqqət mərkəzində olacaqsınız.

Buğa - gün çətinliklərdən xali deyil. Problemlərin öhdəsindən gəlmək üçün özünüzdə qüvvə, imkan, potensial tapın. Günün ilk yarısı çətinliklərin müzakirəsi, situasiyanın dəyərləndirilməsi üçün əlverişlidir.

Müzakirələrlə danışıqları komfort ortamda aparın. Dəyər verdiyiniz insanı evə də dəvət edə bilərsiniz. İşgüzar səfər o qədər də uğurlu olmayacaq. Üstəlik, yolda vaxtınız nəzərdə tutduğunuzdan da çox keçəcək. Kiçik maliyyə itkiləri istisna deyil.

Günün ikinci yarısında yanınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Dəvət olunduğunuz tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Lakin yeni münasibətlərin dinamik inkişaf edəcəyinə bel bağlamayın.

Əkizlər - asan, sadə gün deyil. Çətinliklər və problemlərdən yayınmaq mümkün deyil. Onlardan çəkinmək, uzaqlaşmağa çalışmaq əvəzinə sədlərlə maneələri aradan qaldırın.

Ətrafınızdakı insanlarla dil tapmağa çalışın. İndiyədək bərk mübahisə etdiyiniz insanlarla belə, ortaq məxrəcə gəlmək, qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Çoxdankı düşmənlərdən biri sizinlə barışmaq istəyir. Hər halda neytralitet pis deyil. Belədə mübarizədən qurtularaq bütün diqqəti önəmli işlərə yönəltmək olar.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Ağır fiziki iş görməyin. Xroniki ağrıların kəskinləşməsi riski var. Profilaktiki tədbirlərə əl atın.

Orqanizmi sınağa çəkməyin.
 

Xərçəng - problemlər və həll edilməsi çətin müşküllərin sayının az olduğu bir gündür. Maliyyə fonu əlverişlidir. Gəlirlər istsina deyil. Hətta ən çətin işin öhdəsindən belə, gələcəksiniz. Uzaqdan yaxşı xəbərin alınmasını gözləyin.

Maraqlı təkliflər, dəvət olacaq.

Günün ikinci yarısında işlərinizdə sürətli irəliləyişə bel bağlamayın. Sürətli nəticə əldə edə bilməyəcəyiniz işə marağınız tez itməsin. Mühüm məsələlərin həllini təxirə salmayın.

Axşam saatlarında əyləncə və ya istirahət məkanına yollana bilərsiniz.

Şir - bu gün yeni və maraqlı imkanlarla qarşılaşacaqsınız. Seçim etmək çətin olsa da, qərar verin. Çox düşünüb-daşınmayın. Əks təqdirdə imkanları əldən verə bilərsiniz.

Maraqlı görüş, cazibədar işgüzar təklifin alınması istisna deyil. Saatlar keçdikcə təkliflərin sayı artacaq.

Uzun müddətdən bəri münasibətlərinizin gərgin olduğu, umu-küsünü aradan qaldırmaq istədiyiniz insanla ümumi dil tapacaqsınız. Məlum olacaq ki, problemlər süni, hətta mənasızmış. Başqa şəhərdə yaşayan dost və ya tanışdan xoş xəbər alacaqsınız.

Axşam saatlarında normal istirahət edin.

Qız - yaşlı qohumlarla, ailə üzvləri ilə münasibətlərdə xüsusilə diqqətli olun. Mübahisə və ya ixtilaf yaranarsa, onun ciddi, uzunmüddətli münaqişəyə çevrilməsinə imkan verməyin.

Sizinlə manipulyasiya etməyə çalışırlar. Bunu duyun, hiss edin, müqavimət göstərin. Təsir altına düşməyin. Əhvalınız pisləşsə də, hüquqlarınızın tapdalanmasına imkan verməyin. Neqativ emosiyaları nəzarətdə saxlamaq asan deyil.

Elədir, amma təmkinli olun.

Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Yaxşı gəlir əldə edə bilərsiniz. Qiymətli hədiyyə istisna deyil. Romantik münasibətlər başlaya bilər.

Tərəzi - yanınızdakı insanları ideyalarınıza inandırmağa başlayın. Sizdən kənarda, uzaqda durmağa çalışanları birgə fəaliyyətin zərurətinə inandırın. Rəğbət bəslədiyiniz insanla daha sıx əlaqələr qurmağa çalışın.

Ciddi, önəmli saydığınız istiqamətində konkret addımlar atın.

Günün ikinci yarısında emosionallıq və həyəcan stabil fəaliyyətə mane ola bilər.

Hisslərdəki gərginlik məhsuldar fəaliyyətə maneələr yaratmaqla yanaşı, işdə həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlərə səbəb ola bilər.

Yeni sahədə, indiyədək təcrübənizin olmadığı müstəvidə çalışmağa başlayırsınızsa diqqətli olun. İlk çətinliklərdən sonra geri çəkilməyin. Çoxsaylı maneələri qət etməli olacaqsınız.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Əqrəb - günün ilk yarısında önəmli və ya genişmiqyaslı işlərə başlamayın. Xoş görüş, maraqlı insanla mükalimə, parlaq hisslər istisna deyil. Cari işlər sizə darıxdırıcı, usandırıcı gəlsə də, ənbəllik etməyin. Belə işləri başqasına həvalə etmək istəyirsiniz. Amma yaxınlıqda belə insan olmadığından özünüz işləməli olacaqsınız.
 

Günün ikinci yarısı daha uğurlu olacaq. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Maliyyə fonu uğurludur. Şəxsi münasibətlərdə irəliləyiş olacaq.

Sizə paxıllıq edənlər var.

Oxatan - günün ilk yarısında çaşqınlıq yarana bilər. Nə zaman hansı işi görəcəyinizi müəyyənləşdirin. Qərar qəbul etməzdən əvvəl həddən ziyadə düşünməyin.

Vədlərə əməl edin, tapşırıqları yerinə yetirin, rutin və cari işlərlə məşğul olun.

Günün ikinci yarısında situasiyada dəyişikliklər olacaq. Yenilənən duruma uyğun davranın.

Yaxınlarınızın davranışı sizi təəccübləndirsə də, emosiyalarınızı izhar etməyin. İncimək və ya nigaran qalmazdan öncə vəziyyətin səbəblərini araşdırmağa çalışın. Çox yəqin ki, ilk baxışdan qəribə görünən hərəkətlərin çox məzmunlu səbəbləri var.

Oğlaq - səhər saatlarını sakit keçirin. Gərəksiz hərəkətlər etməyin, spontan qərarlara aludə olmayın. Təmkinli davranın. İşlərinizdə aktiv olun. Effektiv prosesdurlara başlamaq olar.

Bilik və bacarıqların artırılması, təcrübə əxzi, uzunmüddətli planlaşdırma, mürəkkəb intellektual fəaliyyət üçün əlverişsiz gündür.

Günün ikinci yarısında problemləri yaşlı qohumlarla müzakirə etmək olar.

Real yardım alacaqsınız.

Dolça - şəxsi həyatınızda və münasibətlərdə köklü dəyişikliklər vəd edən gündür. Taleyüklü tanışlıq, görüş, danışıqlar zamanıdır. Mövqelərinizi qorumağa çalışın. Bədxahlarla rəqiblər sizə zərbə vurmağa çalışırlar.

Günün ikinci yarısında kiçik məişət çətinlikləri ilə qarşılaşacaqsınız. Anlaşılmazlıqlar, yaxınlarla mübahisələr, diskussiyalar zamanıdır. Əhvalınızı pozmayın, bədbinliyə qapılmayın. Axşam saatlarında səfər və gəzinti xoş emosiyalar bəxş edəcək.

Balıqlar - çətinliklə də olsa, problemlərin öhdəsindən gələcəksiniz. Ən əlverişli günlərdən biri deyil. Yaranan bütün çətinlikləri eyni vaxtda həll etməyə çalışıb lüzumlu olan əməlləri unudarsınız. Sakit, təmkinli olun. Ağıllı və təcrübəli insanların məsləhətlərinə qulaq asın. Belədə yersiz tələskənliyə yol verməzsiniz.

Günün ikinci yarısında ən yaxşı məziyyətlərtinizi nümayiş etdirin. Yeni dost, tərəfdaş tapa bilərsiniz. Romantik macəra istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.