Cəmiyyət

Bakıdakı "Yaşıl bağ" restoranında qurd bəslənir - FOTO

23 Dekabr 2013 17:21
3 Şərh     Baxış: 14 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,39 ünvanında yerləşən, fiziki şəxs Nicat Kərəm oğlu İbişova məxsus "Yaşıl bağ" restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı kulinariya məmulatlarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, bütün yeməklərin bir gün öncədən hazırlanaraq soyuducuda saxlanıldığı, o cümlədən soyuducularda mal qonşuluğunun gözlənilmədiyi, məhsulların gigiyenik cəhətdən düzgün saxlanılmadığı müşahidə edilib.

Bundan başqa, müəssisədə kulinariya məmulatlarının hazırlanması və saxlanılması üçün tələb olunan normativ sənədlər, müəssisənin hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi, xammalların, spirtli və spirtsiz içkilərin uyğunluq və gigiyenik sertifikatları və digər hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan mal əti farşından, "Mimoza" və "Paytaxt" salatından nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. AzTEST-in sınaq laboratoriyasında keçirilən müayinələr göstərib ki, yoxlanılmış məhsullar bağırsaq çöpləri qrupundan olan bakteriyaların və maya göbələklərinin sayına görə normativ sənədlər QOST 30390-95 və qüvvədə olan sanitar-epidemioloji qaydalar və normativlərin tələblərinə cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs N.İbişova məxsus "Yaşıl bağ" restoranında "Mimoza" və "Paytaxt" salatlarının hazırlanması və satışı qadağan edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.