Azərbaycan dünyanın tanımalı olduğu xəzinələrə malikdir. Trend-in məlumatına görə, bunu ən nüfuzlu səyahətçi-bloqerlərdən biri Pol Stil deyib.
P.Stil İngiltərənin şimalından olan turist bloqeridir. O, bütün dünya üzrə səyahət edir və ən heyrətamiz yerləri təsvir edir. Həmin ölkələr Qərbdə turizm baxımından çox tanınmış deyil. P.Stil öz bloqunda sosial media vasitəsilə həmin yerlər barədə məlumat verir. O, həmçinin "Huffington Post"un sosial müxbiridir, "LandRover" və "British Airways" ilə əməkdaşlıq edib. "The Daily Mail" qəzeti P.Stili düyanın ən nüfuzlu yazıçı-səyahətçisi adlandırıb.
Bu dəfə səyahətçi Azərbaycanda olub və onu "çox açıq ölkə" kimi tərənnüm edib.
P.Stilin Azərbaycana səfərində əsas məqsədlərdən biri "Şahdağ" Qış-Yay Turizm Komleksində "Pik Palace" hotelinin açılışında iştirak etmək olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və populyar bloqer P.Stil dövlət başçısının ölkədə turizmin inkişafı ilə bağlı fikirlərini öyrənə bilib.
P.Stil Trend-ə bildirib ki, Azərbaycana üçüncü dəfədir səyahət edir. Birinci dəfə 2012-ci ilin yazında Bakıda keçirilmiş "Eurovision" müsabiqəsindən öncə olub: "Son bir neçə ildə bir çox yerdə olan səyahətçi kimi mənim üçün Azərbaycan dünyanın bilməli olduğu xəzinələr ölkəsinə çevrildi. Mən tarixi və mədəniyyət sahəsindəki faktlardan, həmçinin insanlardan xeyli təsirləndim".
Bloqerin sözlərinə görə, Azərbaycan heyrətamiz rəngarəng ölkədir: "Azərbaycan olduğum ölkələr arasında ən açıq və dost ölkələrdən biridir".
P.Stil fotoqrafçı xanım Sindi Vrayandla birlikdə Azərbaycanın Qusar, Qəbələ və Quba bölgələrinə səfər edib.
O, qeyd edib ki, Qusardakı "Şahdağ" və yaxın vaxtlarda Qəbələdə açılacaq kurortun daxil olduğu dağ xizək kurortları gözəl turizm obyektləridir.
P.Stil vurğulayıb ki, Azərbaycanda mehmanxana biznesinin inkişafı yaxşı səviyyədədir: "Ən əsası, anladım ki, Azərbaycan açıq ölkədir. Ölkə düşündüyümdən də açıqdır. Bura olduqca mehriban, dünyəvi cəmiyyətdir. Ölkədə təhlükəsizliyin səviyyəsi çox yüksəkdir".
Səyahətçi əlavə edib ki, "Eurovision"un keçirilməsi bütün dünya üzrə turistlərin cəlb edilməsi işində Azərbaycana kömək etdi: "Azərbaycan səyahətdə görmək istədiyiniz hər şeyə - peyzaj, təbiət, insanlar, milli mətbəx, musiqi, mədəniyyət, irs, idman ənənələri - sahibdir".
S.Vrayandın sözlərinə görə, Bakı gözəl şəhərdir və Azərbaycan möhtəşəm təəssürat doğurur: "Məsələ ondan ibarətdir ki, əksəriyyət sadəcə olaraq bu ölkədən nə gözləyəcəyini bilmir və onlara Azərbayan həqiqətlərini çatdırmaq çox önəmlidir".
Fotoqrafçı Azərbaycanı xeyirxah və mehriban insanların olduğu unikal ölkə adlandırıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Məşhur britaniyalı səyahətçi: "Dünya Azərbaycan xəzinələrindən xəbərdar olmalıdır" - FOTO
23 Dekabr 2013 16:02
Baxış: 1 317
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Az danışın, qayğı və diqqət izharlarını artırın
- Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
- Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
- Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi - FOTO
- Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
XƏBƏR LENTİ
- İrina Şeykdən “Formula-1” FOTOSESSİYASI
- Paltaryuyanın bu iki düyməsini eyni anda basın: az adamın bildiyi özəllik
- Sağalmaz xəstəliyə düçar olan müğənni yarıçılpaq pozlar verdi - FOTO
- "Əlil insanlara pul ayrılmasın" - Seriyalı qatilin ağlasığmaz cinayətləri
- Belqorodda daha bir PUA məhv edildi
- Bu, inkişaf üçün güclü təkan olacaq - Putin
- Kadırovun naziri polisləri hədələdi: Sizi diz çökdürüb...
- ABŞ-dan İrana növbəti sanksiyalar
- Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
- Firəngiz Mütəllimova Xocalıda - FOTO
- Rusiyanın bu sektoruna sanksiyalar davam etdiriləcək
- Bu, sülhə doğru görünən addımdır - Almaniya
- Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
- Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”
- Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı
- Uimbldon-2023-ün qalibi boşanıb: "Alınmadı"
- COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya səhnəsindəki əhəmiyyətini nümayiş etdirir - Yakub Koreyba
- Günün qoroskopu: Az danışın, qayğı və diqqət izharlarını artırın
- “Fəlakət”in rol aldığı türk serialında YENİ SİMALAR
- Qriqoryan Piterdəki görüşdən imtina etdi
- Avropa çempionatında oynaya bilməyəcək
- Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?
- Şoyqunun müavini rüşvətə görə saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq